Bank Of Baku

Allahşükür Paşazadə Kirillə görüşdə Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsini müzakirə edəcək

Allahşükür Paşazadə Kirillə görüşdə Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsini müzakirə edəcək
# 11 avqust 2010 10:21 (UTC +04:00)
Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

R. Dadaşova bildirib ki, Şeyxülislam və patriarx Kirill MDB Dinlərarası Şurasının həmsədrləri olduqları üçün mütəmadi görüşürlər. Növbəti, Şeyxülislam tərəfindən təşəbbüsü qaldırılan görüşün nə vaxt olacağı ilə bağlı Moskva Patriarxlığı QMİ-yə məlumat verəcək.

«Bu cür görüşlərdə bütövlükdə MDB məkanında dinlərarası dialoq məsələsi müzakirə olunur. Budəfəki görüşdə isə Şeyx həzrətləri ilk növbədə hazırda Azərbaycan üçün böyük önəm kəsb edən şəhid gizirimiz Mübariz İbrahimovun meyitinin qaytarılmasında yardımçı olmaq məsələsini müzakirə edəcək» - deyə, R. Dadaşova bildirib.

Şeyxülislamla patriarx Kirilin görüşünün Moskvada keçiriləcəyi ehtimal olunur.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. 22 yaşlı gizir Mübariz İbrahimovun meyitini ermənilər hələ də geri qaytarmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR