Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyinə dini işlər üzrə yeni müşavir təyin olunub

Türkiyənin Azərbaycandakı səfirliyinə dini işlər üzrə yeni müşavir təyin olunub
# 11 avqust 2010 11:39 (UTC +04:00)
S. Eraslan bu postda hazırkı müşavir Müzəffər Şahini əvəzləyəcək. Onun Bakıya Ramazan ayı başa çatana qədər gəlməsi gözlənilir.

M. Şahindən fərqli olaraq, yeni müşavir müavinsiz fəaliyyət göstərəcək. Belə ki, müşavirin müavini Bayram Altıntaş birdəfəlik Türkiyəyə qaytarılıb və ona Balıkəsirdə yeni vəzifə verilib.

M. Şahin isə Diyanət İşləri Başqanlığında (nazirlikdə) yeni təyinat alacaq.

Qeyd edək ki, ilahiyyat elmləri doktoru Müzəffər Şahin Azərbaycanda fəaliyyətə 2007-ci il aprelin 20-də başlayıb. Bu vəzifəyə 3 il müddətinə təyin olunan dini müşavirin səlahiyyət müddəti 2010-cu il aprelin 20-də başa çatıb. Lakin rəsmi Ankara M. Şahinin daha bir neçə ay Bakıda çalışmasını istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR