Bank Of Baku

Hidayət Orucov: “Dövlət Komitəsi yanında yaradılmış Şura “İçərişəhər Məhəmməd” məscidinin bərpasından başqa hansısa ibadət yeri ilə bağlı qərar verməyib”

Hidayət Orucov: “Dövlət Komitəsi yanında yaradılmış Şura “İçərişəhər Məhəmməd” məscidinin bərpasından başqa hansısa ibadət yeri ilə bağlı qərar verməyib”
# 16 avqust 2010 16:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında DQİDK sədri Hidayət Orucov bildirib.

H. Orucov xatırladıb ki, “Dini etiqad azadlığı haqqında” qanunun 29-cu maddəsinə əsasən, Dövlət Komitəsi dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verir. Həmin rəyin verilməsinin mexanizmini özündə ehtiva edən müvafiq təlimat hazırlanıb və Ədliyyə Nazirliyində normativ hüquqi sənəd kimi təsdiqlənib. Eyni zamanda, həmin təlimata uyğun olaraq Dövlət Komitəsinin sədri yanında Şura yaradılıb. Şuranın Əsasnaməsi və iş planı hazırlanıb və tərkibi müəyyənləşib.

Qeyd edək ki, ibadət yerlərinin inşası, bərpası və təmiri ilə bağlı yaradılmış Şuraya DQİDK əməkdaşları ilə yanaşı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, AMEA Memarlıq İnstitutunun, yerli icra hakimiyyəti orqanları və Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri daxildir. Şura “İçərişəhər Məhəmməd” məscidinin bərpası layihəsinə müsbət rəy verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR