Bank Of Baku

Kirill Mübariz İbrahimovun meyitinin Azərbaycana qaytarılması üçün əlindən gələni edəcəyinə söz verib

Kirill Mübariz İbrahimovun meyitinin Azərbaycana qaytarılması üçün əlindən gələni edəcəyinə söz verib
# 24 avqust 2010 15:13 (UTC +04:00)
Bu barədə APA-ya QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, bu məsələ Şeyxülislamla Kirillin təkbətək görüşü zamanı müzakirə edilib. Kirill Şeyxülislama söz verib ki, M. İbrahimovun meyitinin qaytarılması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. 22 yaşlı gizir Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR