Bank Of Baku

Aleksandriya və bütün Afrikanın Patriarxı Azərbaycanın baş naziri ilə görüşüb - FOTO

Aleksandriya və bütün Afrikanın Patriarxı Azərbaycanın baş naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 28 avqust 2010 09:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İsgəndəriyyə və bütün Afrikanın Patriarxı II Feodor Qafqaza səfəri çərçivəsində Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşüb. APA-nın II Feodorun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə arxiyepiskop Azərbaycan baş nazirinə İsgəndəriyyə Kiləsinin tarixi, onun Afrika ölkələrində missionerlik, xeyriyyəçilik, maarifçilik və sosial fəaliyyət istiqamətləri barədə məlumat verib.

Tərəflər Patriarxata daxil olan ölkələrdə və Azərbaycanda müsəlmanlarla xristianlar arasında dinc münasibətlərə dair fikir mübadiləsi aparıblar.

II Feodor A. Rasizadəni Patriarxata səfərə dəvət edib.
Tərəflər sonda Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, hədiyyələr təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR