Bank Of Baku

Nazranda din xadiminə sui-qəsd edilib

Nazranda din xadiminə sui-qəsd edilib
# 14 sentyabr 2010 08:35 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının İnquşetiya Respublikasını Nazran şəhərindəki Nasır-Kort məscidinin imamına sui-qəsd edilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, sentyabrın 14-də səhər imam Hamzat Çumakov özünün VAZ-2107 avtomobilində hərəkət edərkən partlayış baş verib. Ağır yaralanan H. Çumakov xəstəxanaya çatdırılıb. Güc strukturlarının nümayəndələri din adamının avtomobilinin altına bomba yerləşdirildiyini bildiriblər.

H. Çumakov İnquşetiyada radikal dini cərəyanların və silahlı qrupların sərt tənqidçisi olaraq tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR