Bank Of Baku

İsrailin baş ravvini: “Azərbaycanda yəhudilər yəhudi olmaları ilə fəxr edirlər” - FOTO

İsrailin baş ravvini: “Azərbaycanda yəhudilər yəhudi olmaları ilə fəxr edirlər” - <font color=red>FOTO</font>
# 05 oktyabr 2010 12:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İsrailin baş ravvini Şloma Omar, Rusiya Federasiyasının baş ravvini Berl Lazar və onları müşayiət edən şəxsləri qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, H. Orucov Azərbaycan xalqının tarixən tolerant xalq olduğunu deyib: “Azərbaycan keçmiş nəhəng imperiyada yeganə ölkədir ki, burada antisemitizm, milli-dini ayrı-seçkilik olmayıb. Azərbaycan həm də burada yaşayan onlarla digər xalqın, o cümlədən yəhudilərin vətənidir. Azərbaycanın müstəqilliyinin bərpasında, Qarabağın azadlığı uğrunda döyüşlərdə yəhudi vətəndaşlarımız düşmənlə mübarizədə qəhrəmanlıqlar nümayiş etdiriblər. Yəhudi əsilli Azərbaycan oğlu Albert Aqarunov Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır”.

İsrailin baş ravvini Şloma Omar isə bildirib ki, Bakı onu hava limanından başlayaraq heyran etməkdə davam edir: “Azərbaycanın qonaq qarşılamaq adət və vərdişinə heyranıq. Azərbaycan o ölkələrdəndir ki, burada yəhudilər yəhudi olmaları ilə fəxr edirlər. Çünki müasir dövrümüzdə də yəhudilərə qarşı sərt mövqe tutan ölkələr, millətlər var. Azərbaycanın təcrübəsi isə başqa ölkələrə örnək ola bilər”.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR