Bank Of Baku

Ukraynada “Quran”ı avazla oxuyanların müsabiqəsi keçiriləcək

Ukraynada “Quran”ı avazla oxuyanların müsabiqəsi keçiriləcək
# 07 oktyabr 2010 14:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Oktyabrın 24-25-də Ukraynada müqəddəs “Quran-Kərim”i avazla oxuyanların Beynəlxalq müsabiqəsi keçiriləcək. APA-nın «İslam v Ukraine» saytına istinadən məlumatına görə, müsabiqədə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Moldova, Belarus, Rusiya və Ukraynadan təmsilçilər iştirak edəcək.
Müsabiqə iştirakçıları bir neçə mərhələdə sınaqdan keçəcəklər: “Quran”ın 30 cüzünün hamısını əzbərdən demək, yarısını demək, dörddə birini demək və son 3 cüzünü demək.

Tədbir Simferapolda fəaliyyət göstərən İslam Mədəni Mərkəzində baş tutacaq. Müsabiqə Küveytin Ümumdünya İslam Xeyriyyə Təşkilatının və Səudiyyə Ərəbistanının Müqəddəs “Quran”ı Öyrənmək Ümumdünya Təşkilatının dəstəyi ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR