Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda bəzi dini qurumlar xarici ölkələrin xüsusi xidmət orqanlarının tövsiyələri və istiqamətləndirilməsi ilə fəaliyyət göstərir”

Hidayət Orucov: “Azərbaycanda bəzi dini qurumlar xarici ölkələrin xüsusi xidmət orqanlarının tövsiyələri və istiqamətləndirilməsi ilə fəaliyyət göstərir”
# 08 oktyabr 2010 08:35 (UTC +04:00)
APA-nın məlumatına görə, H. Orucov deyib ki, Azərbaycanda hələ də sağlam dini mühitdən istifadə edənlər var: “Həmin dini qurumlar xarici ölkələrin xüsusi xidmət orqanlarının tövsiyələri və istiqamətləndirilməsi ilə fəaliyyət göstərirlər. Bəziləri isə şəxsi məqsədlər üçün dindən istifadəyə cəhd edirlər”. H. Orucov onu da qeyd edib ki, dinlə əlaqəsi olmayan qüvvələrin mövcudluğu ötən illərlə müqayisədə zəifləyib: “Bununla belə, bu cür qruplar mövcuddur. Yaxşı haldır ki, belə radikal, zərərli, dinlə əlaqəsi olmayan qruplar sıradan çıxmaqdadır. Dinlərarası tam tolerantlıq mühitinin mövcud olması üçün Azərbaycanda zəruri tədbirlər həyata keçirilir”.

O bu məsələdə qanuna edilən əlavə və dəyişikliklərin müsbət təsirinin olduğunu da söyləyib: “İlk növbədə dini qurumların yenidən qeydiyyata alınması məsələsini qeyd etmək istərdim. Bu, çox əhatəli işdir. Artıq müsbət nəticələr göz qabağındadır. Yeni icmalar yaradılır və qanun çərçivəsində fəaliyyət göstərirlər. Əsas məqam odur ki, dini icmaların fəaliyyətinə qeydiyyatına alındıqdan sonra icazə verilir. Əvvəllər bəzi dini icmalar dövlət qeydiyyatına alınmaqda maraqlı deyildi”.

H. Orucov indiyə qədər 24 dini icmanın qeydiyyatından imtina edildiyini söyləyib. Onlardan 15-i İslam, 9-u isə digər dini yönümlü icmalardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR