Bank Of Baku

Komitə sədri: “Görülən işlər nəticəsində Azərbaycana zərərli dini ədəbiyyatın idxalı xeyli azalıb”

Komitə sədri: “Görülən işlər nəticəsində Azərbaycana zərərli dini ədəbiyyatın idxalı xeyli azalıb”
# 08 oktyabr 2010 09:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

H. Orucov bildirib ki, komitə ölkəyə idxal olunan müxtəlif dini əşyalara nəzarətə də diqqəti yönəldib və bu sahədə də müsbət yönlü addımlar atılmaqdadır: “Görülən işlər nəticəsində zərərli dini ədəbiyyatın ölkəyə idxalı xeyli azaldılıb. Ötən il 2391 adda ədəbiyyatın ölkəyə daxil edilməsi cəhdi olub. Bunlardan yalnız 385 adda ədəbiyyat zərərli olduğundan ölkəyə buraxılmayıb”.

H. Orucov qeyd edib ki, bəzi mətbuat orqanlarında bu nəzarətin əsassız olması barədə yazılar dərc olunub: “Belə məlumatlar mətbuata şəxsi maraqlar çərçivəsindən ötürülür. Dövlətin mövqeyi bu məsələdə sərtdir. Həmin ədəbiyyatlar dinin siyasiləşməsinə, ölkədə dini sabitliyin zəifləməsinə xidmət edir. Xarici ölkələrdə də bu məsələyə diqqətli yanaşılır”.
Komitə sədri mətbuat nümayəndələrini bu yöndə diqqətli olmağa, məsələlərə vətəndaşlıq və dövləti maraqlardan yanaşmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR