Bank Of Baku

Hacı Sabir Həsənlinin 65 illik yubileyi münasibəti ilə tədbir keçirilib - FOTOSESSİYA

Hacı Sabir Həsənlinin 65 illik yubileyi münasibəti ilə tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 12 oktyabr 2010 13:16 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənlinin 65 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Sabir Həsənlini təbrik edib: “Hacı Sabirin əməyi nəticəsində Qafqaz Müsəlmanlar İdarəsinin xarici ölkələrlə əlaqəsi yüksək səviyyəyə çatıb. Bu gün bizim idarə 100-dən çox ölkə ilə əməkdaşlıq edir”.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev isə Qafqaz Müsəlmanlar İdarəsinin güclü bir idarə olduğunu söyləyib: “Şeyxülislamın səyi nəticəsində Qafqaz Müsəlmanlar İdarəsi Qafqazda həm maddi, həm elmi baxımdan güclü bir idarəyə çevrilib. Bu işdə əlbəttə ki, ona komandası köməklik edib. Bu sırada Hacı Sabir də var. Hacı Sabir Həsənli Azərbaycanda din xadimləri arasında ilk elmi namizəd adını alan şəxsdir”.

Hacı Sabir Həsənli isə çıxışında 1974-cü ildən Qafqaz Müsəlmanlar İdarəsində çalışdığını bildirib: “Mən bu illər ərzində heç vaxt burada işlədiyimə peşman olmamışam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR