Bank Of Baku

Hidayət Orucov Keçmiş Sovet Yəhudiləri Milli Konfransı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Hidayət Orucov Keçmiş Sovet Yəhudiləri Milli Konfransı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - <font color=red>FOTO</font>
# 14 oktyabr 2010 12:53 (UTC +04:00)
Bakı-APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda səfərdə olan Keçmiş Sovet Yəhudiləri Milli Konfransının (NCSJ) sədri Riçard Stounu və onu müşayiət edən şəxsləri qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, onların inanclarına hörmət və dövlət qayğısı Konstitusiyada və “Dini etiqad azadlığı haqqında” qanunda öz əksini tapıb: “Ölkəmizdə bütün din mənsubları bərabərhüquqludur. Milli, dini azlıqların, o cümlədən yəhudi icmasının imanla bağlı adət-ənənələrinə, həyat tərzinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Tarixən etnik-dini tolerantlıq məkanı Azərbaycanda heç zaman milli ayrı-seçkilik, antisemitizm olmayıb”.

Komitə sədri deyib ki, bir neçə gün öncə Quba rayonunun Qırmızı qəsəbəsində qədim sinaqoqun əsaslı təmirdən sonra təntənəli açılış mərasimi keçirilib. Hazırda Bakıda yeni bir sinaqoqun tikintisinə başlamaq üçün hazırlıq işləri yekunlaşmaq üzrədir: “Lakin monoetnik dövlət olan, tolerantlıq mədəniyyətinə yad Ermənistan Azərbaycanın Dağlıq Qarabağında və ətraf yeddi rayonunda təcavüzkarlıq siyasətini davam etdirir, torpaqlarımızı işğal altında saxlayır”.

ABŞ-dakı Kolumbiya Universitetinin hüquq elmləri üzrə professoru olan Riçard Stoun rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə ümumi tanışlıq məlumatı verərək deyib ki, NCSJ-nin əsas məqsədi MDB məkanındakı yəhudilərin problemlərini öyrənmək, onların həllində yardımçı olmaqdır. O, əlavə edib ki, səfərdə məqsədləri dövlətlərarası münasibətləri möhkəmləndirməyə töhfə vermək, Amerika ictimaiyyətində Azərbaycanın, həqiqətən, milli ayrı-seçkiliyə yol verməyən, tolerant ölkə olduğunu təbliğ etmək üçün qənaətlərini zənginləşdirmək mahiyyəti daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR