Bank Of Baku

Vatikan: İncildən Fələstinin işğalına haqq qazandırmaq üçün istifadə etmək olmaz

Vatikan: İncildən Fələstinin işğalına haqq qazandırmaq üçün istifadə etmək olmaz
# 24 oktyabr 2010 02:47 (UTC +04:00)
Bakı-APA. Roma-katolik kilsəsinin yepiskoplarının Sinodunun Yaxın Şərqə həsr olunmuş xüsusi assambleyası BMT və dünya ictimaiyyətinə Fələstin ərazilərinin İsrail tərəfindən işğalına son qoyulması çağırışı ilə müraciət edib.

Roma Papası XVI Benediktin sədrliyi və 185 yepiskopun iştirakı ilə keçirilən forumun yekun sənədində BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq 1967-ci il sərhədlərinin bərpa olunması tələbi öz əksini tapıb.

Assambleyanın işinin başa çatmasına həsr olunmuş mətbuat konfransında Sinodun katibi arxiyepiskop Nikola Eteroviç və Yaxın Şərq patriarxları İncilin Fələstin torpaqlarının işğalı üçün istifadə olunmasının qəbul edilməz olduğunu bəyan ediblər.

«Biz xristianlar daha o torpaqların yəhudilər üçün nəzərdə tutulduğunu deyə bilmərik», deyə Nyuton (ABŞ) yunan-melkit arxiyepiskopu monsenyor Kirill Salim Bastros bildirib. O xatırladıb ki, sözügedən iddiaya görə İsrailin yəhudi olmayan 1,5 milyonluq əhalisinin hüquqları pozulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR