Bank Of Baku

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə sabah yola düşəcək

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə sabah yola düşəcək
# 01 noyabr 2010 08:15 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, təxminən 20 avtobus Bakının “Azadlıq” meydanından səhər saat 08.00-da yola çıxacaq.

İkinci avtobus dəstəsi isə bir gün sonra - noyabrın 3-də eyni məkandan Həcc istiqamətində yola düşəcək. R. Dadaşova Həcc ziyarətinə bu il Azərbaycandan ümumilikdə 46 avtobusun gedəcəyini bildirib: “Avtobuslar 5-6 günə ziyarət yerinə çatacaq”

Bakı-Ciddə reysi ilə hərəkət edəcək təyyarələr isə gündə bir reys olmaqla, noyabrın 2-si, 3-ü, 4-ü və 5-i Səudiyyə Ərəbistanına uçacaq.

Qeyd edək ki, bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR