Bank Of Baku

Azərbaycanlı zəvvarların ilk qrupu bu gün Həcc ziyarətinə yola düşüb

Azərbaycanlı zəvvarların ilk qrupu bu gün Həcc ziyarətinə yola düşüb
# 02 noyabr 2010 07:27 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. 22 avtobusdan ibarət ilk avtobus karvanı Bakının “Azadlıq” meydanından səhər saat 08.00-da yola çıxıb. İkinci avtobus dəstəsi isə noyabrın 3-də eyni yerdən Həccə yollanacaq.

Bakı-Ciddə reysi ilə hərəkət edəcək təyyarə isə bu gün saat 12.20-də yola düşəcək. Digər reyslər noyabrın 3-ü, 4-ü və 5-də olacaq.

Qeyd edək ki, bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR