Bank Of Baku

Azərbaycanlı zəvvarlarının daha bir qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanlı zəvvarlarının daha bir qrupu Həcc ziyarətinə yola düşüb
# 03 noyabr 2010 07:20 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov məlumat verib. O bildirib ki, bu gün saat 14.00-da Bakı-Ciddə reysini icra edəcək təyyarə ilə zəvvarların daha bir qrupu Həcc ziyarətinə yola düşəcəklər.

Qeyd edək ki, 22 avtobusdan ibarət ilk avtobus karvanı, həmçinin bir təyyarə Səudiyyə Ərəbistanına noyabrın 2-də yola düşüb. Ümumilikdə 46 avtobus hazırda Səudiyyə Ərəbistanı istiqamətində yoldadır. Bakı-Ciddə reysi ilə hərəkət edən digər təyyarələr isə noyabrın 4-də və 5-də Səudiyyə Ərəbistanına uçacaq.

Qeyd edək ki, bu il Azərbaycana ayrılmış 2 min yerlik kvota tam dolub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR