Bank Of Baku

Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən zəvvarlardan biri Türkiyədə yolda qalıb

Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən zəvvarlardan biri Türkiyədə yolda qalıb
# 05 noyabr 2010 11:41 (UTC +04:00)
APA-nın «Hürriyyət» qəzetinə istinadən verdiyi məlumata görə, 47 yaşlı Əbdülhəsən Abbasov adlı azərbaycanlı bu gecə saat 03:00 radələrində Sivasın Hafik bölgəsində avtobus yanacaq doldurarkən yanacaqdoldurma məntəqəsinin ayaqyoluna gedib. Bu zaman Ə. Abbasovun xəbəri olmadan avtobus yola düşüb və o yanacaqdoldurma stansiyasında qalıb.

Yanacaqdoldurma stansiyasının əməkdaşları bununla bağlı bölgə Əmniyyət Müdirliyinə məlumat verib və azərbaycanlı hacı namizəd polis şöbəsinə gətirilib. Polis Ə. Abbasovun adını verdiyi avtobus firmasına zəng etsə də, cavab verən olmayıb. Hazırda polis bölməsində saxlanılan Ə. Abbasov avtobus şirkəti ilə əlaqə yaradılması mümkün olmayacağı təqdirdə Sivasa aparılaraq polisin əcnəbilər şöbəsinə təhvil veriləcək. Ə. Abbasov polisə ifadəsində əşyalarının və pasportunun avtobusda qaldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR