Bank Of Baku

Azərbaycan prezidenti adından Mübariz İbrahimov və Fərid Əhmədovun xatirəsinə ehsan verilib

Azərbaycan prezidenti adından Mübariz İbrahimov və Fərid Əhmədovun xatirəsinə ehsan verilib
# 11 noyabr 2010 12:37 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçısının adından təşkil olunan mərasimdə şəhidlərin valideynləri, yaxınları və qohumları iştirak ediblər. Mərasimdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə prezident İlham Əliyevin adından və şəxsən öz adından şəhidlərin valideynlərinə, yaxınlarına dərin hüznlə başsağlığını bildirərək, şəhidlərin ruhlarını yad edib. Şeyxülislam şəhidlərə, onların ailələrinə olan dövlət qayğısının, müqəddəs ruhlarına dərin ehtiramın böyük önəm kəsb etdiyini bildirib, bu sahədə prezident İlham Əliyevin səylərini yüksək dəyərləndirib.

Tədbirə qatılan Daxili İşlər və Müdafiə nazirliklərinin rəhbərliyi və şəxsi heyətləri, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri şəhidlərin yaxın qohumlarına başsağlığı veriblər.

Tədbirə toplaşanlar adından çıxış edən millət vəkili Fəttah Heydərov şəhidlər haqqında ürək sözlərini söyləyib, onların valideynlərinə başsağlığını bildirib.

Mərasim iştirakçıları şəhidlərin mübarək məzarlarını ziyarət ediblər. Daha sonra ehsan mərasimi düzənlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR