Bank Of Baku

Strasburqdakı türk məscidinə “Qurani-Kərim”in yandırılmış vərəqəsi göndərilib

Strasburqdakı türk məscidinə “Qurani-Kərim”in yandırılmış vərəqəsi göndərilib
# 15 noyabr 2010 15:50 (UTC +04:00)
Strasbuqr. Fuad Qulubəyli – APA. Fransanın Strasburq şəhərindəki ən böyük məscidlərindən sayılan türk icmasının Eyyub Sultan məscidinə müqəddəs “Qurani-Kərim”in yandırılmış vərəqəsi göndərilib. APA-nın Avropa bürosunun xəbərinə görə, ötən cümə günü namazdan sonra məscidin işçiləri poçt qutusunu yoxlayanda içi ağ rəngli tozla dolu bir zərf aşkar ediblər. Zərfin içində “Quran”ın kənarı yandırılmış bir səhifəsi də olub. Orada aşkarlanan məktubda müsəlmanların Avropanı və Fransanı tərk etmələri tələb olunub. “Avropa azadlığı uğrunda Hərəkat”ın yaydığı bu mesajda, Fransa müsəlmanlarına ünvanlanan “Nə qədər gec deyil Fransanı tərk edin!”, “Ya çemodan, ya da tabutunuzu seçin!” kimi hədələrin əks olunduğu bildirilir.

Eyyub Sultan məscidinin yaydığı bəyanatında bunun müsəlman icmasının islamafobiyadan əziyyət çəkməsinin bariz nümunəsi olduğu bildirilib, bu hadisə terrorçu bir olay kimi qiymətləndirilib.

Qeyd edək ki, Strasburqda yerləşən Eyyub Sultan türk məscidi artıq 15 ildir fəaliyyət göstərir və Strasburqun iki ən böyük məscidlərindəndir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR