Bank Of Baku

Azərbaycandakı katolik kilsə müsəlmanları Qurban Bayramı münasibətilə təbrik edib

Azərbaycandakı katolik kilsə müsəlmanları Qurban Bayramı münasibətilə təbrik edib
# 16 noyabr 2010 10:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycandakı Roma Katolik Kilsəsi müsəlmanları Qurban Bayramı münasibətilə təbrik edib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Azərbaycandakı Katolik Kilsə Böyük Tanrıya şükür edir ki, Azərbaycan xalqına məxsus tolerantlıq və qarşılıqlı hörmət nəticəsində bizim ölkədə ənənəvi dinlərin bayramları çoxmillətli və çox konfessiyalı Azərbaycan icmasının ümumi sevincinə səbəb olur. Qurban Bayramı müsəlmanları, eləcədə xristianları bütün dindarların atası adlandırılan İbrahim peyğəmbərin işıqlı şəxsiyyəti, hər üç dünya dinlərinə sitayiş edənlər üçün nümunə olan onun tərəfindən dinə qarşı edilən fədakarlığı barədə bir daha düşünməyə çağırır. Azərbaycandakı katolik kilsəsi bizim ölkənin müsəlmanlarına Allahdan sülh və əmin-amanlıq arzu edir!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR