Bank Of Baku

Azərbaycanlı zəvvarların ilk qrupu Məkkədən Vətənə bu gün axşam yola düşəcək

Azərbaycanlı zəvvarların ilk qrupu Məkkədən Vətənə bu gün axşam yola düşəcək
# 19 noyabr 2010 10:15 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O, ikinci avtobus karvanının isə sabah, yəni noyabrın 20-də Vətənə yola düşəcəyini bildirib: “Təyyarələr isə 22, 23, 24 və 25 noyabrda Bakıya uçacaqlar”.

R. Dadaşova zəvvarların səhhətinin qaydasında olduğunu da vurğulayıb.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ümumilikdə 46 avtobusdan ibarət iki avtobus karvanı və 4 təyyarə reysi yola düşüb. Bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub. Ümumilikdə, təşkilati məsələlər nəzarət edən şəxslər, həkim briqadası, sürücülər və müşayiət edənlərlə birlikdə Azərbaycandan bu il Səudiyyə Ərəbistanına 2300 nəfərdən ibarət missiya yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR