Bank Of Baku

Azərbaycandan Həcc ziyarətinə getmiş daha bir zəvvar vəfat edib

Azərbaycandan Həcc ziyarətinə getmiş daha bir zəvvar vəfat edib
# 21 noyabr 2010 14:11 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şamaxı rayon sakini, 68 yaşlı Mafi Nəzərov avtobusla ziyarətdən dönərkən Suriyada vəfat edib. Qəflətən vəziyyəti pisləşən zəvvar xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. M. Nəzərovun ürək tutmasından vəfat etdiyi bildirilir. Zəvvarın meyitinin Vətənə gətirilməsi üçün Türk Hava Yolları ilə danışıqlar aparılır.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 2000 zəvvar yollanıb. M. Nəzərov ziyarət zamanı dünyasını dəyişmiş üçüncü azərbaycanlı zəvvardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR