Bank Of Baku

Lənkəranda “Qədir Xum” günü qeyd edilib

Lənkəranda “Qədir Xum” günü qeyd edilib
# 23 noyabr 2010 15:21 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəranda islam aləminin böyük bayramlarından sayılan “Qədir Xum” günü qeyd olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhərin Böyük Bazar məscidində 500-ə yaxın dindarın iştirakı ilə mərasim keçirilib. “Qurani-Kərim”in oxunuşu ilə başlanan tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin bayram münasibəti ilə möminlərə ünvanladığı təbrik məktubu oxunub. Daha sonra QMİ nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə “Qədir Xum” gününün mahiyyəti və onun islam tarixindəki önəmli rolundan söz açıb. Dindarlar Vətən uğrunda canından keçən şəhidlərimizin ruhları, eləcə də işğal altında Qarabağın, digər müsəlman torpaqlarının azadlığı üçün dualar ediliblər.
Bayram tədbiri ehsan süfrəsi və dini musiqili kompozisiyanın nümayişi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR