Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı yaralanmış zəvvarların vəziyyəti ilə tanış olmaq üçün Sivasa ezam olunub

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı yaralanmış zəvvarların vəziyyəti ilə tanış olmaq üçün Sivasa ezam olunub
# 30 noyabr 2010 10:12 (UTC +04:00)
Bu barədə APA-ya QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, zəvvarlardan 7 nəfəri Sivas, 1 nəfəri Kayseri, 1 nəfəri isə Adana xəstəxanasındadır.

Sivasdakı xəstəxanada olan 7 zəvvardan 6 nəfəri yaralıdır, 1 nəfər isə yaralı olan həyat yoldaşına yardım etmək üçün onun yanında qalıb.

R. Dadaşova yaralıların vəziyyətinin yaxşıya doğru getdiyini bildirib. Onlardan bir neçəsinin yaxın günlərdə xəstəxanadan buraxılacağı gözlənilir.

Hadisə baş verən vaxt QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Sivas bölgəsində olub, sonradan isə müayinə olunduğu Almaniyaya qayıdıb.

Qeyd edək ki, noyabrın 23-də azərbaycanlı zəvvarları Vətənə gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Ölənlərin meyitləri və yaralılardan 20 nəfəri noyabrın 24-dən 25-nə keçən gecə xüsusi təyyarə ilə Bakıya gətirilib. Avtobusun sürücüsü Asif Bağırov həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR