Bank Of Baku

Sivasdakı yaralı zəvvarların Vətənə gətirilməsi üçün xüsusi təyyarə göndəriləcək

Sivasdakı yaralı zəvvarların Vətənə gətirilməsi üçün xüsusi təyyarə göndəriləcək
# 03 dekabr 2010 14:31 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, təyyarənin Sivasa bu həftənin bazar günü göndərilməsi nəzərdə tutulub.

Əvvəlki kimi hacılardan 7 nəfəri Sivas, 1 nəfəri Kayseri, 1 nəfəri isə Adana xəstəxanasındadır. Sivasdakı xəstəxanada olan 7 zəvvardan 6 nəfəri yaralıdır, 1 nəfər isə yaralı olan həyat yoldaşına yardım etməkdən ötrü onun yanında qalıb.

Qeyd edək ki, noyabrın 23-də azərbaycanlı zəvvarları Vətənə gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Ölənlərin meyitləri və yaralılardan 20 nəfəri noyabrın 24-dən 25-nə keçən gecə xüsusi təyyarə ilə Bakıya gətirilib. Avtobusun sürücüsü Asif Bağırov həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR