Bank Of Baku

Aşura günü İçərişəhər Cümə Məscidi və Bibiheybət məscidində 450-dən artıq şəxs qanvermə aksiyasında iştirak edib - FOTOSESSİYA

Aşura günü İçərişəhər Cümə Məscidi və Bibiheybət məscidində 450-dən artıq şəxs qanvermə aksiyasında iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 16 dekabr 2010 10:24 (UTC +04:00)
Bakı-APA. Məhərrəm ayının 10-cu günü keçirilən Aşura mərasimləri zamanı qanvermə aksiyalarının təşkili ənənəvi hal alıb. Səbayel rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə, dekabrın 13-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adlarını açıqlayıb. Respublika üzrə nəzərdə tutulmuş 13 dini ibadət mərkəzlərindən biri İçəri şəhər Cümə məscididir. Bununla əlaqədar məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına ciddi hazırlıq işləri aparılıb, qanvermə mərasiminin keçirilməsi yerləri müəyyənləşdirilib. Burada Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılıb. Səhər saatlarında başlanın qanvermə aksiyasında İçərişəhər Cümə məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlarla yanaşı, digər məscidlərin dini icmalarının nümayəndələri, bu xeyirxah işdə iştirak etmək istəyən adi vətəndaşlar da yaxından iştirak ediblər. Gün ərzində Cümə məscidində 200-dən artıq vətəndaş könüllü qan verib.

İçəri şəhər Cümə məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, , dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsarət yetirmək əvəzinə donor qanına çox ciddi ehtiyacı olan insanlara, ilk növbədə talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara köməklik göstərmək savab işdir: “Biz bu işləri dəstəkləyirik və müsəlman qardaş və bacılarımızı belə işlərə qoşulmağa çağırırıq”. Səbail rayonu ərazisində yerləşən Bibiheybət məscidində də qanvermə aksiyası təşkil olunub və aksiyada 250-dən çox insan iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR