Bank Of Baku

QMİ sədri Şamaxıda yerli dindarlarla görüşüb

QMİ sədri Şamaxıda yerli dindarlarla görüşüb
# 23 dekabr 2010 12:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Şamaxı rayonuna səfər edib. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd QMİ-nin Şirvan zonası üzrə qazısı və Şamaxı məscidinin axundu Mustafa Məmişovun yas mərasimində iştirak edərək ailəsinə başsağlığı vermək olub.

Səfər zamanı Şeyxülislam şəhər Cümə məscidində Şamaxı dindarları ilə görüşüb. QMİ sədri məsciddə aparılan bərpa və yenidənqurma işləri ilə Azərbaycan prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaxından tanış olduğunu xatırladaraq bunun əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR