Bank Of Baku

Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbərinə fəxri diplom təqdim edilib

Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbərinə fəxri diplom təqdim edilib
# 27 dekabr 2010 08:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilova Azərbaycan prezidentinin sərəncamı ilə verilmiş fəxri diplomun təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, fəxri diplomu komitə sədri Hidayət Orucov təqdim edib.
S. İxiilovun Azərbaycan dövləti qarşısında və ölkədə dini vəziyyətlə bağlı xidmətləri haqqında danışan H. Orucov on il öncə S. İxiilova “Şöhrət” ordeni verildiyini qeyd edib: “Azərbaycan dövləti onun əməyini yüksək qiymətləndirir”.

H. Ourov Bakıda dağ yəhudiləri üçün yeni sineqoqun tikilməyə başlandığını da deyib.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İxiilovun fəaliyyəti barədə danışıb və qeyd edib ki, onun Azərbaycanda dini tolerantlığın yaradılmasında xüsusi əməyi var, Azərbaycan dövlətçiliyi üçün xidmətləri danılmazdır.

A. Paşazadə bu gün Azərbaycanda dini ibadətlərin həyata keçirilməsi üçün yüksək səviyyədə şərait yaradıldığını da deyib: “Bu günü qiymətləndirməliyik. SSRİ dağılanda Azərbaycanda 18 məscid vardı. İndi isə 1000-dən artıq məscid fəaliyyət göstərir.
Həmçinin buraya kislə və sineqoqları da əlavə etsək, dini ibadət yerlərinin sayı haqqında ümumi məlumatımız olar”.

Bakı və Xəzəryanı Yepiskopu Aleksandr Ata S. İxiilovun fəaliyyəti barədə danışıb.
Sonda S. İxiilov çıxış edərək ona göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından S. İxiilova xatirə hədiyyəsi təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR