Bank Of Baku

Azərbaycandakı Rus Pravoslav Kilsəsinə gömrükçülər tərəfindən müsadirə olunmuş dini kitablar hədiyyə edilib - FOTO

Azərbaycandakı Rus Pravoslav Kilsəsinə gömrükçülər tərəfindən müsadirə olunmuş dini kitablar hədiyyə edilib - <font color=red>FOTO</font>
# 27 dekabr 2010 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, hədiyyələrin təqdimetmə mərasimi Jen Mironosets Bakı Kafedral Kilsəsində həyata keçirilib. Hədiyyələri təqdim edən komitə sədri Aydın Əliyev bildirib ki, bu kitablar gömrükçülər tərəfindən müsadirə olunub.

Hədiyyələri qəbul edən Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata Azərbaycan rəhbərliyinə Rus Pravoslav Kilsəsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana son səfəri zamanı ona qədim ikonaların təqdim olunduğunu xatırladan yepiskop belə faktların dünya təcrübəsində nadir hadisə olduğunu söyləyib.

Yepiskop Aleksandr DGK-nın İstintaq İdarəsinin böyük müstəntiqi Kərim Kərimova Yeparxiyanın mükafatı olan Fərmanı təqdim edib.

Yeparxiyanın mətbuat katibi Konstantin Ata APA-ya bildirib ki, DGK artıq neçə ildir, sərhəddə müsadirə olan ədəbiyyat, ikona və digər atributları xristian kilsəsinə təqdim edir. “Bu çox gözəl və çox vacib addımdır” deyən din xadimi buna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR