Bank Of Baku

Allahşükür Paşazadə patriarx Kirilli təbrik edib

Allahşükür Paşazadə patriarx Kirilli təbrik edib
# 06 yanvar 2011 15:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın patriarxı Kirilli Milad bayramı münasibətilə təbrik edib, ona və bütün rus xalqına Tanrıdan can sağlığı, xoşbəxtlik və uğur arzulayıb. APA-nın “İnterfaks-Religiya”ya istinadən verdiyi məlumatına görə, A. Paşazadə İsa peyğəmbərin hər müsəlman üçün müqəddəs olduğunu xatırladaraq müsəlmanların bu bayramının sevincini pravoslavlarla birgə bölüşdüyünü deyib.

Şeyxülislam Bakı və Xəzəryanı yepiskop Aleksandrı da təbrik edib, ona və Azərbaycanda yaşayan xristianlara sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR