Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 17 İslam təmayüllü icmanın qeydiyyata alınmamasının səbəbləri ilə bağlı QMİ-yə məktub göndərəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 17 İslam təmayüllü icmanın qeydiyyata alınmamasının səbəbləri ilə bağlı QMİ-yə məktub göndərəcək
# 07 yanvar 2011 09:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə 17 İslam təmayüllü icmanın qeydiyyata alınmaması ilə bağlı rəsmi məktub daxil olmayıb”. Bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. O qeyd edib ki, QMİ-nin müsbət rəy verdiyi, lakin Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmayan icmalarla bağlı DQİDK tərəfindən QMİ-yə məktub göndəriləcək. Həmin məktubda icmaların dövlət qeydiyyatına alınmamasının səbəbləri göstəriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, ehtiyac yaranacağı təqdirdə, bu məsələlərlə bağlı QMİ-yə məlumat verilə bilər.

Qeyd edək ki, DQİDK tərəfindən qeydiyyatından imtina edilmiş dini icmaların ümumi sayı 30-dur. Həmin icmalardan 17-si İslam təmayüllü, qalanı qeyri-İslam təmayüllüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR