Bank Of Baku

Gəncədə Aleksandr Nevski Pus Pravoslav kilsəsində Milad bayramı münasibəti ilə dini mərasimlər keçirilib

Gəncədə Aleksandr Nevski Pus Pravoslav kilsəsində Milad bayramı münasibəti ilə dini mərasimlər keçirilib
# 08 yanvar 2011 11:48 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Milad bayramı ilə əlaqədar olaraq Gəncədə yerləşən Aleksandr Nevski Rus Pravoslav kilsəsində dini mərasimlər keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, kilsəyə gələn pravoslavlar İsa Məsihin miladı münasibətilə dini ayinləri yerinə yetiriblər. Kilsədə İsa Peyğəmbərin doğum günü münasibətilə şam yandırılıb, dualar edilib, Xaç Suyu içilib. Qeyd edək ki, Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav məskunlaşıb. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi 1887-ci ildə inşa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR