Bank Of Baku

Allahşükür Paşazadə Rusiya rəhbərliyinə, Moskva və bütün Rusiya patriarxına başsağlığı verib

Allahşükür Paşazadə Rusiya rəhbərliyinə, Moskva və bütün Rusiya patriarxına başsağlığı verib
# 25 yanvar 2011 15:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərinin “Domodedovo” beynəlxalq hava limanında baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktıyla bağlı Rusiya Federasiyasının (RF) prezidenti Dmitri Medvedevə, RF-nin baş naziri Vladimir Putinə, Moskva və bütün Rusiya patriarxı Kirillə başsağlığı məktubları göndərib. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

A. Paşazadə məktublarda həlak olanların ailələrinə, yaxınlarına və bütün Rusiya xalqına səmimi başsağlığını bildirib, onlara uca yaradandan səbr diləyib. Milli və dini mənsubiyyəti olmayan terrorçuların müqəddəs dəyər olan insan həyatına qəsdini Allah qarşısında ən böyük günah kimi dəyərləndirən A. Paşazadə din xadimi olaraq dövlətlərin, o cümlədən Rusiyanın terrorçuluq adlı bəşəri bəlaya qarşı mübarizəsində birgə səylərin səmərə verəcəyinə ümidvar olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR