“Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq” mövzusunda dəyirmi masa keçirilib - FOTO
H. Orucov bildirib ki, Azərbaycanda müxtəlif dini konfessiya nümayəndələri sülh şəraitində yaşayır, tarix boyu Azərbaycanda milli-dini zəmində heç bir qarşıdurma olmayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında vətəndaş cəmiyyəti üzvlərinin, QHT-lərin müzakirə olunan mövzuya daha çox diqqət yetirməsinin zəruriliyini vurğulayıb. Nazir müavini qeyd edib ki, bu il Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı qəsəbənin namizədlikləri UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınması üçün bu təşkilata təqdim olunacaq.
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel vicdan azadlığının təmin olunmasının zəruriliyinə diqqət çəkərək ATƏT ölkələrinin bu sahədə öhdəliklər götürdüyünü xatırladıb. Onun fikrincə, Azərbaycan tolerantlıq baxımından özünün milli təcrübəsi ilə müsbət mənada seçilir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin I müavini Hacı Salman Musayev Azərbaycanda din sahəsində müdrik siyasət aparıldığını söyləyib. Ombudsman Elmira Süleymanova isə icmalarla işləməyə üstünlük verdiklərini, vicdan azadlığı məsələlərində DQİDK ilə əməkdaşlıq etdiklərini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin çıxışı mübahisəyə səbəb olub. A. Əlizadə deyib ki, dinlər barış gətirir, ancaq bu, həmişə belə olmur: “Dinlər həmişə barış gətirmir, din savaşa da gətirə bilər”. Onun sözlərinə görə, SSRİ vaxtı hakim ideologiya dinlə bağlı balansın saxlanılmasına səbəb olub, SSRİ dağıldıqdan sonra Azərbaycanda ideologiya boşluğu yaranıb və bu boşluğu doldurmaq lazımdır.
Hacı Salman Musayev A. Əlizadənin fikirlərini səhv adlandırıb. O qeyd edib ki, A. Əlizadənin fikirləri dəyirmi masanın keçirilmə niyyətinə uyğun gəlmir.
Yəhudi əsilli deputat Yevda Abramov Azərbaycan Dövlət Televiziyasında hər həftənin cümə axşamları Vasim Məmmədəliyevin aparıcılığı ilə efirə gedən verilişə əvvəldən axıra qədər baxdığını söyləyib. O təklif edib ki, proqramın hər buraxılışında V. Məmmədəliyevin bir tərəfində xristian keşişi, digər tərəfində isə yəhudi ravvini otursun, yəni aparıcılıq etsin.
Tədbirdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, QHT-lərə Dövlət Dəstək Şurasının sədri Azay Quliyev, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov, Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Xilaskar Yevangelik Lüteranların Bakı Dini İcmasının sədri Vera Nesterova və başqaları da mövzuya dair fikirlərini açıqlayıblar.
Xəbər Lenti
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB