Bank Of Baku

Allahşükür Paşazadə: “Nəcməddin Ərbakanın nurlu xatirəsi Azərbaycan müsəlmanlarının hafizəsində daim yaşayacaq”

Allahşükür Paşazadə: “Nəcməddin Ərbakanın nurlu xatirəsi Azərbaycan müsəlmanlarının hafizəsində daim yaşayacaq”
# 01 mart 2011 12:58 (UTC +04:00)
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şeyxülislam məktubunda Türkiyə xalqının kədərinə şərik olduğunu, mərhumun ailəsinə və yaxınlarına uca Allahdan səbr dilədiyini bildirərək qeyd edib ki, Türkiyənin tanınmış ictimai-siyasi xadimi, islam dünyasının görkəmli şəxsiyyəti Nəcməddin Ərbakanın vəfat xəbəri onu sarsıdıb: “Bununla əlaqədar səmimi başsağlığımı mərhum Nəcməddin Ərbakanın ailəsinə yetirməyinizi rica edirəm. Ərbakan təkcə Türkiyə deyil, bütün islam aləmi üçün dəyərli şəxsiyyət olub. Onun müqəddəs dinimiz yolunda xidmətləri, islami mənafelərin dünya çapında qorunması yönündə səyləri heç zaman unudulmayacaq. Bu böyük insanın nurlu xatirəsi Azərbaycan müsəlmanlarının hafizəsində daim yaşayacaq. Qoy mərhum qardaşımızın qəbri nurla dolsun! Allah ona rəhmət eləsin!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR