Bank Of Baku

Dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar Azərbaycandan deportasiya edilib

Dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar Azərbaycandan deportasiya edilib
# 07 mart 2011 14:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “2010-cu ildə ölkəyə qanunsuz idxal olunan dini təyinatlı zərərli ədəbiyyatın və əşyaların sayı nəzərəçarpacaq dərəcədə azalıb, müqəddəs kitabları öyrənmə kurslarına nəzarət gücləndirilib”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi 2010-cu il üzrə hesabatında məlumat verilib. Məlumata görə, 2010-cu ildə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) müvafiq ekspertizasına 1710 adda dini ədəbiyyat təqdim edilib. Onlardan 390 adda zərərli kitabın idxalı və yayılmasının qarşısı alınıb. Çap olunmaq məqsədi ilə ekspertizaya təqdim olunmuş 152 adda dini ədəbiyyata baxılaraq, 137-nin çapına razılıq verilib, 15 kitabın çapı isə məqsədəuyğun sayılmayıb.
Hesabat dövründə qanunsuz dini təbliğatla məşğul olan şəxslərə və qruplara qarşı respublikanın bütün bölgələrində tədbirlər hazırlanaraq həyata keçirilib. Nəticədə minlərdə ədəd zərərli dini ədəbiyyat müsadirə olunub, yerlərdə qanunsuz fəaliyyət göstərən zərərli təriqətlərə məxsus özəklərin fəaliyyəti dayandırılıb və dini təbliğatla məşğul olan əcnəbilər ölkədən deportasiya edilib.
Hesabatda dini maarifləndirə işlərinin aparılması barədə də məlumatlar yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR