Bank Of Baku

Hidayət Orucov ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələrini qəbul edib

Hidayət Orucov ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələrini qəbul edib
# 14 mart 2011 15:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələri, Antisemitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçi, xanım Hanna Rozental, müsəlman icmaları ilə iş üzrə xüsusi nümayəndə Fərəh Pandit və onları müşayiət edən şəxsləri qəbul edib. Bu barədə APA-ya komitənin mətbuat xidmətindən məlumat verilib.

Xüsusi nümayəndələr Azərbaycana səfərin “2011 - Nifrət əleyhinə saatlar” kampaniyasına hazırlıq məqsədi daşıdığını qeyd edərək Azərbaycanın tarixi tolerantlıq ənənələrini yüksək qiymətləndiriblər. ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələri bu məsələdə Azərbaycanın malik olduğu təcrübəyə, həmçinin kampaniya çərçivəsində ölkənin mənəvi dəstəyinə güvəndiklərini vurğulayıblar.

Dövlət Komitəsinin sədri Hidayət Orucov isə bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı ölkə Konstitusiyasında və “Dini etiqad azadlığı haqqında” qanunda öz əksini tapıb: “Ölkəmizdəki bütün dinlər və onların mənsubları bərabərhüquqludur. Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib”.

H. Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “2011 - Nifrət əleyhinə saatlar” kampaniyasına hazırlıq işlərinə fəal qoşulacağını söyləyib.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR