“Təzəpir”də yas mərasimlərinin keçirilməsi üçün təklif olunan bir nəfərlik xidmətin qiyməti 12 manatdan başlayır - ARAŞDIRMA
Bununla bağlı “Təzəpir” məscid kompleksinin həyətində təxminən şadlıq saraylarının reklamını xatırladan, sadəcə rənginin qara olması ilə fərqlənən lövhə də asılıb: “Halallıq və keyfiyyətlə cəmi müsəlmanların xidmətindəyik! Hüzr mərasimlərinin “Təzəpir” məscidinin mərasim zallarında və ya çadırlarda təşkili”.
Xidmət təşkilatçılarından birinin APA-ya verdiyi məlumata görə, “Təzəpir” məscid kompleksində ümumilikdə 6 mərasim zalı var. Zallardan hər birində eyni vaxtda 250 nəfərə xidmət göstərilə bilər. Burada 300 nəfərlik zal da var. Bir nəfərlik xidmətin qiyməti isə 12 manatdan başlayır. 12 manatlıq menyuya hüzr mərasiminə gələnlər üçün əvvəlcə çay süfrəsi, çay süfrəsinə isə çayla yanaşı, ləbləbi, marmelad və qənd daxildir. Yemək süfrəsinə isə üstü qaralı plov (aş), göyərtilər, meyvələr (əsasən alma və armud) daxildir. Ancaq eynilə şadlıq saraylarında olduğu kimi, burada da bahalı menyu sifariş vermək mümkündür. Məsələn, yas mərasimlərində toyuq və ya balıq ləvəngisi sifariş edənlərə rast gəlinir. Belə olan halda bir nəfərlik stul üçün 20 manat və daha çox xərcə düşənlər də olur.
Stulun qiymətindən asılı olmayaraq, məclisin mollası da mərasim təşkilatçıları tərəfindən təqdim olunur. Mollanın 30 manat pulunu da onlar özləri verirlər. İşdir, məclis sahibi özü daha “prestijli molla” gətirmək fikrinə düşürsə, onun pulunu təbii ki, özü ödəyir.
Adətən buradakı ehsan mərasimlərində gündüz 14.00-dək qadınlar, o saatdan sonra isə kişilər iştirak edirlər.
“Təzəpir” məscid kompleksində digər xidmətlər də təklif olunur. Məsələn, ölü yumanın qiyməti 50 manatdır. Xüsusi avtomobillə ölünün qəbiristanlığa aparılması xidməti də göstərilir ki, bunun da qiyməti məsafədən asılı olaraq dəyişilir. Məsələn, ölünün “Təzəpir” məscidindən “Qurd qapısı” qəbiristanlığına aparılması hüzr sahibinə 100 manata başa gəlir.
Bundan başqa, məscid kompleksi tərəfindən yas çadırları da təklif olunur ki, qiymət də çadırın ölçüsündən asılıdır: bir günü 200-250 manat və daha baha. Bu qiymətə çadırla yanaşı, istifadə olunacaq qab-qacaq da daxildir.
“Təzəpir” məscid kompleksində meyitlərin saxlanılması şəraiti də təklif edilir. Ölüsünü basdırmazdan öncə hansısa səbəbdən bir və ya bir neçə sutka saxlamaq istəyənlər buradakı soyuduculardan istifadə edə bilərlər. Soyuducuda bir meyitin saxlanılmasının sutkası 20 manat təşkil edir.
“Təzəpir” məscid kompleksində yalnız tabut pulsuzdur. Tabutu almaqdan ötrü şəxsiyyət vəsiqəsini girov qoymaq kifayətdir.
Mövzunu APA-ya şərh edən Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib ki, artıq uzun müddətdir yas mərasimlərinin təşkili ilə bağlı ölkədə maarifləndirmə işləri aparılır və bunun nəticələri də var: “İctimai rəyə təsir edə bilmişik. Artıq rayonların çoxunda mərasimdə çay süfrəsindən əlavə şeylər götürülüb. Bu məsələdə qanundan çox, dini qurumlarla bələdiyyələrin və rayon icra hakimiyyətlərinin birgə əməkdaşlığı nəticəsində istənilən effekti almaq olar”.
Mütəmadi olaraq “Təzəpir” məscid kompleksinin mərasim zallarında olduğunu deyən H. Rəcəbli orada hüzr sahibinin istəyindən asılı olaraq müxtəlif təamlarla qarşılaşdığını söyləyib: “Elə olur ki, sadə süfrə açılır, yalnız çay, limon, qənd və xurma olur. Elə də olur ki, daha bahalı süfrə açılır, meyvə olur, növbənöv şirniyyatlar, fındıq-qoz verilir. Mən orada maraqlanmışam, deyiblər ki, bu, hüzr sahibinin sifarişi ilədir”.
Ekspert, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu APA-ya deyib ki, yas mərasimləri hər bir insanın fərdi işidir və bu məsələdə hansısa adiministrativ tədbirlərin görülməsi səmərəli deyil: “Ancaq eyni zamanda maarifçilik işi də aparılmalıdır ki, yas mərasimləri məzmunca da, mənəviyyatca da, zahirən də mötədilləşsin”.
İ. İbrahimoğlu deyib ki, müsəlman inancı vəfat etmiş şəxsin doğma adamının insanları cəm etdiyi yerdə üç gün ərzində nəyinsə yeyilməsinə müsbət baxmır: “Əksinə, dünyadan getmiş insanın yaxınlarına dayaq olmaq lazımdır, nəinki onu problemlərlə üz-üzə qoymaq. Əgər bunu rəhmətə gedən bir şəxs üçün deyiriksə, dediyim kimi, mənəviyyat dolu, məzmun dolu tərəfə istiqamət götürmək lazımdır. Eyni zamanda, bu tarixi ənənəmizin qorunub-saxlanılmasına da müsbət baxıram. Ancaq ağlabatan formada keçirilməsini düzgün sayıram”.
“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli isə APA-ya açıqlamasında indiki yas mərasimləri İslam dininin tələblərinə uyğun şəkildə təşkil olunmadığını deyib: “Yas məclislərində israfçılığa yel verilir və bu, dinimizin ehsan haqqında olan hədisləri ilə tam ziddiyyət təşkil edir. İslam dininin dünyadan köçmüş insan barədə göstərişləri yalnız insanın kəfənlənib dəfn olunması ilə məhdudlaşır. Yəni, dünyadan keçən insanı yuyub, kəfənləyib dəfn etmək lazımdır. Ondan sonra isə mərhumun ailəsinin boynunda heç bir vacib əməl yoxdur. Bizdə isə sanki vacib əməl kimi 40 gün ərzində mərhum üçün yas mərasimi təşkil olunur, ehsan verilir, o cümlədən cümə axşamları keçirilir. Lakin bu, dinimizə əsasən qəbul olunan əməl deyil. Təbii ki, hər bir şəxsin dünyadan köçən yaxını üçün ehsan vermək haqqı var. Amma bu, icbari xarakter daşımamalı, məcburi olmamalıdır. İlin istənilən vaxtında, xüsusən də ehtiyacı olan, fəqir insanlara ehsan verilə bilər. Ancaq bizdə təşkil olunan indiki yas mərasimləri dinimizə həm məntiqə, həm də dinimizin göstərişlərinə ziddir”.
Ş. Həsənli “Təzəpir” məscid kompleksindəki məclis zallarının şərtləri ilə tanış olmasa da, bildirib ki, yas mərasimlərində ifratçılıq, əslində ehsanın ruhuna ziddir: “Əslində bu, ehsan verənin niyyətində də problem olduğunu göstərir. Harada təşkil olunmasından asılı olmayaraq - istər “Təzəpir”də, istərsə də başqa yerdə – belə təmtəraqlı ehsan verilməsi dinimizin ruhuna ziddir, şəriətimizə və Peyğəmbərimizin (ə.s.) buyurduğu hədislərlə qətiyyən uyğun gəlmir. Bu məsələdə təbii ki, təklifin özü də az əhəmiyyət daşımır. İnsanlara bu cür xidmət təklif edən xeyir-şər evləri də bunu nəzərə almalıdır. Yəni, ehsanda sadəliyə riayət olunmalıdır”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə APA-ya bildirilib ki, QMİ bu mövzu ilə bağlı yaxın vaxtlarda geniş açıqlama verəcək.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib