Bank Of Baku

Azərbaycan prezidenti Roma Papası XVI Benedikti təbrik edib

Azərbaycan prezidenti Roma Papası XVI Benedikti təbrik edib
# 18 aprel 2011 16:31 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə bildirilir: Zati-müqəddəsləri, tacqoyma gününüz münasibətilə Sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər ümumbəşəri dəyərlərin təntənəsi naminə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali xidmətinizdə müvəffəqiyyətlər arzulayır, bütün həmməzhəblərinizə sülh və rifah diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR