Bank Of Baku

Azərbaycanda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək

Azərbaycanda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək
# 13 may 2011 08:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Məlumata görə, mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, sonra isə QMİ-nin inzibati binasında Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası başlayacaq.

Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb. Həmin vaxt QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın, Dağıstanın, Kabarda-Balkarın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çərkzin, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR