Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-dan olan dinşünas alimin iştirakı ilə seminar keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-dan olan dinşünas alimin iştirakı ilə seminar keçirilib
# 13 may 2011 09:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mərkəzi aparatında seminar keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminara Filadelfiyadakı (ABŞ) Templ Universitetinin Dini araşdırmalar kafedrasının professoru Leonard Şvidler dəvət edilib. Seminarda Dövlət Komitəsinin sədri Hidayət Orucov dinlərarası dialoq üzrə mütəxəssis professor L. Şvidleri tədbir iştirakçılarına təqdim etdikdən sonra Azərbaycanda dövlət-din münasibətləri, dini durum, son illər respublikada keçirilən mədəniyyətlərarası və dinlərarası münasibətlərdə dialoq mövzusuna həsr olunmuş beynəlxalq konfranslar, ümumdünya sammitləri kontekstində bugünkü tədbirin əhəmiyyətini açıqlayıb.

“Ölkənizdə dini durum, dövlət-din münasibətlərindəki reallığı öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etmək daha məqsədəuyğundur” sözləri ilə çıxışına başlayan professor L. Şvidler əlavə edib ki, hazırda dinlərarası dialoq vətəndaşların vicdan azadlığının və sosial həyatının təmin olunmasının əsas tərkib hissəsi, cəmiyyətin təhlükəsizliyinin və mənəvi bazasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdəndir. Cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında dialoqla bağlı nəzəri-metodoloji istiqamətləri seminar iştirakçılarının diqqətinə çatdıran L. Şvidler klassik mənada dialoq anlayışı ilə müasir dövrdə dialoqun ümumi və fərqli tərəflərini tədbir iştirakçılarına şərh edərək, məsələnin “tarixi”, “hüququ” və “humanitar” kontekstdə, “qurucu dialoq” və “dağıdıcı dialoq” istiqamətində izahını son əlli ildəki elmi araşdırmaları əsasında şərh edib.
Professor Leonard Şvidler tədbirin sonunda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR