Bank Of Baku

QMİ nümayəndəsi: ““Gürcüstan Müsəlmanları İdarəsi”nin təsisçilərinin heç biri din xadimi deyil”

QMİ nümayəndəsi: ““Gürcüstan Müsəlmanları İdarəsi”nin təsisçilərinin heç biri din xadimi deyil”
# 16 may 2011 08:33 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev bildirib.
Ə. Əliyev deyib ki, “Gürcüstan Müsəlmanları İdarəsi” adlı qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi düzgün addım deyil: “Ümidvaram ki, məsələ qısa zamanda öz yerini tapacaq. Bizim Gürcüstanda indiyə kimi heç bir problemimiz olmayıb, inşallah, bundan sonra da olmaz. Yeni yaradılan qurum qeyri-hökumət təşkilatdır. QHT hansı səlahiyyətə sahib olacaq ki, gələ hansısa bir məscidi balansına keçirə? Xalq bunu necə qarşılayar? Mən belə başa düşürəm ki, bu məsələ öz yerini tapmayacaq”.

Hacı Əli onu da deyib ki, “Gürcüstan Müsəlmanları İdarəsi”nin təsisçilərinin heç biri din xadimi deyil, onların dini təhsili yoxdur: “Belə bir qurumun təsisçiləri din adamları, ruhanilər olmalıdır. Orda bir nəfər də olsun ruhani insan yoxdur, onlar dünyəvi insanlardır, bəziləri isə dövlət strukturlarında çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR