Bank Of Baku

Allahşükür Paşazadə Özbəkistana gedib

Allahşükür Paşazadə Özbəkistana gedib
# 17 may 2011 11:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana səfərə yola düşüb. QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Qafqaz müftiləri daxildir. Mayın 21-dək davam edəcək səfərdə məqsəd Özbəkistanda mədrəsə və ali dini təhsil almış Qafqazın din xadimlərinin vaxtilə dini təhsil aldıqları təhsil ocaqlarına baş çəkmələri, Özbəkistan dövlətinə və xalqına minnətdarlıqlarını yetirmələridir.

Səfər zamanı A. Paşazadə və Qafqaz müftiləri Buxaradakı Mir-Ərəb mədrəsəsi, Daşkənd İslam Universitetində olacaq, tələbələrlə görüş keçirəcəklər. Tələbəlik illərinin xatirələrini bölüşəcək Qafqazın din xadimləri ateizm illərində dini maarif çırağını sönməyə qoymayan, Özbəkistanın ali dini təhsil müəssisələrində onlara islamın müqəddəs dəyərlərini aşılayan dünyadan köçmüş müəllimlərinin ruhlarını yad edəcəklər.

Səfər zamanı Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Daşkənd, Buxara və Səmərqəndi ziyarət edəcək, özbək torpağının tarixi, dini məkanlarına baş çəkəcəklər. Nümayəndə heyətini Özbəkistan rəsmiləri qəbul edəkr.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR