Bank Of Baku

Biləsuvarda “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda seminar-treninq keçirilib

Biləsuvarda  “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda seminar-treninq keçirilib
# 24 may 2011 15:01 (UTC +04:00)
Biləsuvar. Ağəddin Babayev – APA. Bu gün Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda seminar-treninq keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, yerli ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, dini icma rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbirdə Biləsuvar RİH başçısının birinci müavini Akif Kazımov çıxış edərək Azərbaycanın dini tolerantlığı ilə seçilən ölkə kimi tanındığını, respublikada bütün dinlərin nümayəndələrinin sərbəst fəaliyyət göstərmələri üçün lazımı şərait yaradıldığını, habelə Biləsuvarda dövlət-din münasibətlərində heç bir problemin yaşanmadığını bildirib.
Tədbirdə komitə nümayəndəsi Nahid Məmmədovun müzakirə olunan mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edən komitənin cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Bədirov, rayon təhsil şöbəsinin müdir müavini Əlisəfa Qənbərov, rayonun Axundu Əlifağa Murtuzov və digərləri də Azərbaycanda, eləcə də Biləsuvarda din-dövlət münasibətlərinin sağlam ruhda qurulduğunu, hər bir ölkə vətəndaşının sərbəst şəkildə məscidlərdə ibadət etməsi üçün heç bir maneənin olmadığını qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR