Bank Of Baku

Gürcüstanın Azərbaycandakı səfiri Qaxın Əlibəyli kəndində təmir olunmuş kilsənin açılışında iştirak edib

Gürcüstanın Azərbaycandakı səfiri Qaxın Əlibəyli kəndində təmir olunmuş kilsənin açılışında iştirak edib
# 01 iyun 2011 15:07 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Qax rayonuna səfər edib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, səfər Qaxın Əlibəyli kəndindəki Kürmük kilsəsinin yenidən istifadəyə verilməsi ilə əlaqədardır.

Qax rayon Mədəniyyət Şöbəsinin müdiri Nəzir Ömərov bildirib ki, Əlibəyli kəndində yaşayan gürcü dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova müraciət edərək kənd ərazisindəki Kürmük kilsəsinin icmanın istifadəsinə verilməsini xahiş edib. H. Orucovun müsbət cavabından sonra kilsə təmir edilərək gürcülərin ixtiyarına verilib. Bu gün kilsənin təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə Gürcüstan səfiri ilə birlikdə Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Kürmük kilsəsi 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində tikilib. Rəsmi orqanlarda bu kilsə “Kürmük” adı ilə qeyd olunmasına baxmayaraq, Əlibəyli kəndində yaşayan gürcülər kilsəni “Nino” adlandırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR