Bank Of Baku

Gürcüstan Müsəlmanları İdarəsinə müfti, şeyx və imam seçilib

Gürcüstan Müsəlmanları İdarəsinə müfti, şeyx və imam seçilib
# 13 iyun 2011 07:57 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Camal Paksadze baş müfti, Vaqif Əkbərov baş şeyx, Yasin Əliyev isə imam seçilib. Sünni və şiə məzhəbinin nümayəndələri dini məsələləri birgə həll etmək üçün vahid dini idarədə birləşməyi qərara alıblar. Baş müfti Camal Paksadze isə Acarıstanın 5 rayonunda yaşayan müsəlman gürcülərə rəhbərlik edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev APA-ya açıqlamasında öz vəzifəsində qaldığını bildirib: “Mən QMİ-nin Gürcüstan nümayəndəliyinin səlahiyyətli nümayəndəsiyəm. Bu idarə nümayəndəlik olaraq qalacaq və öz fəaliyyətini davam etdirəcək. Gürcüstan Müsəlmanları İdarəsinin seçkilərinə gəlincə, demək istəyirəm ki, bu seçkilər xoşagəlməz bir hadisədir. Sünniləri bölüb imam vəzifəsi veriblər, şiələri də bölüb şeyx vəzifəsi verdilər. Belə vəziyyətin yaranması bəzi dindarların günahıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR