Bank Of Baku

Allahşükür Paşazadə: “Azərbaycanda və xaricdə Qafqaz Müsəlmanları İdarəsinə qarşı mübarizə aparanlar var”

Allahşükür Paşazadə: “Azərbaycanda və xaricdə Qafqaz Müsəlmanları İdarəsinə qarşı mübarizə aparanlar var”
# 21 iyun 2011 08:55 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10-cu ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

A. Paşazadə çıxışında QMİ-yə qarşı daxildə və xaricdə mübarizə aparıldığını da bildirib: “Daxildən və xaricdən bizə qarşı mübarizə aparanlar var. Müxtəlif şayiələr yayırlar. Bu mübarizə elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı da aparılır. Bu, Peyğəmbərin dövründə də olub. Ancaq Peyğəmbər haqqın tərəfində olduğundan onların öhdəsindən gəlirdi. Bizim də indi arxamızda həm Allah, həm dövlət, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var”.

Şeyxülislam Dövlət Komitəsinin sədri Hidayət Orucovdan qardaşlıq və dostluq münasibəti gördüyünü qeyd edərək, buna görə ona təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR