Bank Of Baku

Allahşükür Paşazadə Mərakeş Krallığına səfər edəcək

Allahşükür Paşazadə Mərakeş Krallığına səfər edəcək
# 21 iyun 2011 09:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-də Mərakeş Krallığına səfərə yola düşür. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Mərakeş Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əbdülvahid ər-Radinin dəvəti əsasında həyata keçirilir.

İki ölkə müsəlmanlarının müştərək mənafelərinə xidmət edən məsələlərin müzakirəsi, Azərbaycan və Mərakeş xalqları arasında mövcud dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi məramına xidmət edən səfər zamanı şeyxülislam A. Paşazadənin ölkə rəhbərliyi, parlamentin hər iki palatasının sədrləri, Mərakeş Krallığı vəqflər və islam işləri naziri və başqaları ilə görüşləri nəzərdə tutulur.

Səfər iyunun 24-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR