Bank Of Baku

Allahşükür Paşazadə Mərakeşdə görüşlər keçirib

Allahşükür Paşazadə Mərakeşdə görüşlər keçirib
# 23 iyun 2011 11:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Rabat şəhərində bir sıra görüşlər keçirib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, şeyxülislamın rəhbərlik etdiyi nümayəndə heyəti Kral V Məhəmmədin məqbərəsini ziyarət edib, daha sonra Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədri Əbdülvahid ər-Radi, Müşavirlər Palatasının sədri, vəqflər və islam işləri naziri ilə görüşüb. A. Paşazadə və onu müşayiət edən şəxslər Azərbaycanın Mərakeşdəki səfirliyində də olublar.
Görüşlərdə Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, Azərbaycan-Mərakeş Parlamentlərarası Dostluq Qrupunun sədri Rəbiyyət Aslanova, İnsan Haqları Komitəsinin üzvü Cavanşir Paşazadə, Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov da iştirak edib. Görüşlərdə krallığın rəsmi şəxsləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR