Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi İsrail şirkəti ilə əməkdaşlığa dair xəbərlərə münasibət açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi İsrail şirkəti ilə əməkdaşlığa dair xəbərlərə münasibət açıqlayıb
# 28 iyun 2011 09:38 (UTC +04:00)
Bunu APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova mətbuatda QMİ-nin İsrail şirkəti ilə əməkdaşlığı barədə yazılan xəbərlərə münasibət bildirərkən bildirib.

“Birmənalı şəkildə bəyan edirik ki, QMİ-nin adı çəkilən şirkət və şəxslə heç bir kontaktı olmayıb. Belə bir cəfəngiyyatın dövriyyəyə buraxılması idarə və onun rəhbərliyini nüfuzdan salmaq üçün atılmış məqsədyönlü, qərəzli addımdır. Müsəlmanların Qüdsdəki müqəddəs məkanlara ziyarət səfərləri yalnız Qüds Fələstinin paytaxtı elan olunandan sonra, inşallah, gündəmə gələ bilər” - deyə, R. Dadaşova bildirib.

Qeyd edək ki, QMİ-nin İsrail şirkətləri ilə əməkdaşlığı xəbərini “Yeni Müsavat” qəzeti “İzRus” portalına istinadən yayıb. Məlumatda bildirilir ki, İsrailin “Elita VİP Turs” turizm şirkətinin rəhbəri Şmuel Rahman bu günlərdə Bakıda olub, İsraildəki müqəddəs məkanlara kiçik Həcc ziyarətinin (İmrə) təşkilinə dair müqavilə bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR